Yanvarın 26-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars ilə videokonfrans formatında görüş keçirib. Görüşdə Azərbaycandan Qazaxıstana pomidor ixracına qoyulan məhdudiyyətlər müzakirə olunub.
“Görüşdə Azərbaycandan Qazaxıstana pomidor ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Qoşqar Təhməzli Qazaxıstanla yanaşı, 2020-ci ildə dünyanın bir çox ölkələrinə ixrac olunan pomidor məhsulunda məhdudiyyətin tətbiq olunması üçün əsas gətirilən virusun aşkarlanmadığını diqqətə çatdırıb. O, yük partiyalarından götürülən nümunələrin Agentliyin tabeliyində fəaliyyət göstərənAzərbaycan Qida Təhlükəsizliyiİnstitutunun, həmçinin Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda təkrar müayinələrə cəlb olunduğunu və qeyd olunan virusun aşkarlanmadığını bildirib”, - deyə AQTA-nın məlumatında qeyd olunur.
Tərəflər istixanalarda aparılan monitorinqlərin nəticələri və iddia olunan virusun aşkarlanmadığını əks etdirən sənədlərin Qazaxıstan tərəfinə göndərilməsi, həmçinin Azərbaycandan bu ölkəyə idxal olunan pomidor məhsulu partiyaları üzərində əlavə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə ediblər.
“İki ölkə arasında bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirən Almabek Mars bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət