Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindənməlumat verilir.
“İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib. Təkrar baxış zamanı çamadanda olan "Nesquik" və "İntense" kakao qutuları, "Baby Wipes" nəm salfet paketi və "Kenwood" markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilliant qaşlar aşkara çıxarılıb”, - Komitədən bildirilir.
Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya elektron qaydada bəyan olunmayıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilliant qaşların ümumi kütləsi 3901,60 karat (780,32 qram), orta qiyməti təxminən 485 min manat təşkil edir (cari məzənnə ilə $285,3 min – İF). **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət