“AzerGold” QSC 2017-2020-ci illərdə qiymətləndirilmiş qiymətli metal ehtiyatlarının həcmini 4,4 milyon unsiyaya qədər artırıb. Bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün mətbuat konfransında deyib.
“"AzerGold" QSC-nin 2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında səmərəli kəşfiyyat və tədqiqat fəaliyyəti nəticəsində beynəlxalq standartlara görə qiymətləndirilmiş və qəbul olunmuş resursların həcmi "Çovdar" yatağının sulfid mərhələsi, "Ağyoxuş 1" yatağı və "Filizçay" yataqlarının resursları hesabına 179 min unsiyadan 4 milyon 447 min unsiyayadək (artım 24,8 dəfə - İF) artıb”, – deyə o bildirib.
Sədrin sözlərinə görə, ötən il "Çovdar" yatağının sulfid mərhələsi üzrə istismarı üçün İlkin Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması işləri yekunlaşdırılıb. "Çovdar" yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533,5 min unsiya (və ya 16,5 ton) həcmində artırılıb və bu rəqəmlər beynəlxalq məsləhətçi tərəfindən təsdiqlənib. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində "Ağyoxuş" layihəsi üzrə növbəti yataqların – "Ağyoxuş 2", "Ağyoxuş 3", "Mərəh", "Narçala", həmçinin "Çovdar" qızıl yatağının sulfid mərhələsi üzrə istismarı, o cümlədən"Tülallar" qızıl, "Filizçay" polimetal, "Qaradağ", "Xarxar", "Mazımçay" mis və digər yataqların istifadəyə verilməsi planlaşdırılır.
Z.İbrahimov əlavə edib ki, “AzerGold” 2035-ci ilə qədər illik dövriyyəsi $1 milyard olan iri regional dağ-mədən şirkətinə çevrilməyi, strateji proqramların maliyyələşdirilməsində dövlət büdcəsindən asılılığı aradan qaldırmağı, Azərbaycanın əsas bazar olduğu qonşu ölkələrə ekspansiya potensialını inkişaf etdirməyi planlaşdırır.
O qeyd edib ki, şirkət 2020-ci ildə ölkədə iqtisadi fəallığın qorunması və stimullaşdırılması istiqamətində Əlavə Tədbirlər Proqramı hazırlayıb. Proqramın icrası nəticəsində regionlarda podratçı şirkətlər daxil olmaqla işlə təmin edilmiş əməkdaşların orta sayı 658 nəfər olub, ümumilikdə 20,7 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət