Avropa Parlamentinin üzvləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə bəyanatın verilməsi bölgədə vəziyyətdən tam məlumatlı olmadıqlarını göstərir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İlk növbədə AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, AP-nin öz qətnamələrində illərdir ki, beynəlxalq hüquq prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllinə çağırdığı Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub, Azərbaycan ərazi bütövlüyünü təmin edib və BMT TŞ-nin 1993-cü il tarixli müvafiq qətnamələrinin həyata keçirilməsini təkbaşına təmin edib. Başqa sözlə desək, AP üzvlərinin istinad etdiyi və dövlətlərarası münasibətlərin təməlini təşkil edən Helsinki Yekun Aktının sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri rəhbər tutulub”, - XİN-in bəyanatında deyilir.
XİN-dən vurğulanır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla bölgədə yeni reallıq yaranıb. “AP üzvlərinin sözügedən üçtərəfli bəyanatın bölgədə sabitliyin təmin olunmasına gətirdiyini qeyd etməsi təqdirəlayiqdir. Çünki hazırkı mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə tərəflər arasında etimadın qurulması üçün, məhz 10 noyabr tarixli üçtərəfli razılaşmanın icrası və bu istiqamətdə müvafiq addımların atılması vacibdir”, - XİN-dən bəyan edilib.
Bəyanatda qeyd olunur ki, Azərbaycan tərəfi, öz növbəsində sözügedən razılaşmanın icrası üçün, o cümlədən humanitar məsələlərin həlli sahəsində bütün lazımi addımları atır, lakin Ermənistan tərəfinin imza atdığı bu bəyanata sadiqliyi sual doğurur.
“Yaxşı olardı ki, AP üzvləri Ermənistan tərəfinə hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanata imza atdıqdan az qala 20 gün sonra nə səbəbdən Azərbaycan ərazilərinə diversant qrupunu göndərdiyi ilə bağlı sual ünvanlayardı. Bəlkə o zaman AP üzvləri haqqında bəhs olunan Ermənistan hərbçilərinin heç də hərbi əsir deyil, atəşkəs elan olunduqdan sonra məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə göndərilmiş terrorçu diversant qrupunun üzvləri olduğunu anlayardı. Ümumiyyətlə, Ermənistanın atəşkəs elan olunduqdan sonra terror aktları törətmək məqsədilə əraziyə hərbi qulluqçularını göndərməsi, bu ölkənin iştirakçısı olduğu Şərq Tərəfdaşlığının təməl prinsiplərinə və ümumilikdə Avropa dəyərlərinə hörmət etmədiyini açıq şəkildə nümayiş etdirir”, - bəyanatda deyilir.
XİN vurğulayır ki, mədəni irs məsələsinə gəldikdə isə, AP üzvlərinə yaxşı bəlli olmalıdır ki, Azərbaycanın onilliklərdir ki, işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs demək olar ki, məhv edilib, sözügedən abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib. “Bu məsələ Azərbaycan tərəfindən davamlı şəkildə beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları ilə təmaslarımız zamanı qaldırılsa da AP üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur”, - bəyanatda deyilir. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət