“AzerGold” QSC 2021-ci ildə 55,2 min unsiya qızıl, və 86,6 min unsiya gümüş hasil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a QSC-nin mətbuat katibi Ariz Tarverdiyev bəyan edib.
“2021-ci il üçün “AzerGold”un hasilat üzrə planı 55,2 min unsiya zıqıl və 86,6 min unsiya gümüş təşkil edir”, - Tarverdiyev deyib.
2021-ci il üçün qiymətli metalların ixracı üzrə proqnozlara gəlincə isə, onun sözlərinə görə, cari il şirklət dünya birjalarında 55 min unsiya qızıl və 93 min unsiya gümüş satmağı planlaşdırır.
Xəbər verildiyi kimi, 2020-ci il ərzində “AzerGold” 60 min unsiyadan çox qızıl və 121 min unsiyadan artıq gümüş hasil edib. 2019-cu illə müqayisədə qızıl hasilatın həcmi 9%, gümüş hasilatının həcmi – 18%%-dən çox artıb.
2020-ci ildə “AzerGold” QSC dünya bazarında 59,4 min unsiya qızıl və 119,4 min unsiya gümüşün satışını həyata keçirib. Nəticədə ötən il cəmiyyətin ümumi gəlirləri 186,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 41,5 milyon manat və ya 29% çoxdur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
"AzerGold" “Çovdar”ın yerüstü mərhələsinin istismarını 2017-cı ildən etibarən həyata keçirir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət