2021-ci ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsal həcmi 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,4% - 268,5 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar ayında yalnız birbaşa qovulan benzin (nafta) istehsalında 69,3%-dək (39,1 min ton) artım qeydə alınıb.
Yanvar ayında neft koksunun istehsal həcmi ötən ilin müvafiq dövrünün göstəricisinə uyğun olmaqla 20,8 min ton təşkil edib.
Hesabat dövründə 86,2 min ton avtomobil benzini (azalma 29,3%), 189,3 min ton dizel yanacağı (azalma 6,8%), 29,9 min ton təyyarə yanacağı (azalma 45,8%), 1,8 min ton soba mazutu (azalma 85%), 2,5 min ton sürtkü yağı (azalma 39%), 5,7 min ton neft bitumu (azalma 61,2%) istehsal edilib.
2021-ci il fevralın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 71,8 min ton avtomobil benzini, 48,4 min ton təyyarə yanacağı, 140,6 min ton dizel yanacağı, 13,2 min ton soba mazutu, 9,1 min ton sürtkü yağı, 14,5 min ton neft bitumu, 26,4 min ton neft koksu ehtiyatı olub.
Hazırda Azərbaycanda bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət