Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib ki, İrəvan tərəfindən hər hansı bir revanş cəhdləri olarsa, Bakı dərhal cavab verəcək.
“Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik”, - deyə o, bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Prezident qeyd edib ki, əgər Ermənistan revanşdan əl çəkərək 10 noyabr Bəyanatı üzrə öhdəliklərini icra edərsə, regiona çoxdan gözlənilən sülh gələcək.
"Mən bir daha qeyd etmək istəyirəm ki, şimal-şərqi Zəngəzur, Zəngilan və Qubadlı istiqamətində sərhəd ərazilərdə erməni bölmələri yoxdur və hazırda orada sülh mövcuddur. Orada erməni mülki əhali və Azərbaycan sərhədçiləri arasında heç bir insident qeydə alınmayıb. Biz dövlət sərhədini keçmirik. Belə çıxır ki, Ermənistanın sərhəd qoşunları yoxdur, çünki onlar ümumiyyətlə orada yoxdur. Ermənistanın Türkiyə və İranla sərhədinin rus qoşunları tərəfindən qorunduğunu nəzərə alsaq, biz Ermənistan-Azərbaycan sərhədində erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq", - deyə Əliyev bildirib.
“Ermənistan şəhərlərinə gedən bir çox yollar Azərbaycan ərazisindən keçir. O yollardan birində "Azərbaycana xoş gəlmisiniz" sözlərinin yazıldığı böyük bir plakat asılıb ki, bu da ermənilərdə qıcıq doğurub. Başa düşürəm ki, bu, Ermənistanda qıcıq doğurur, lakin biz bunu başqa niyyətlə asmışıq: ermənilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmaq istəyirlərsə, biz onları qəbul etməyə hazırıq”, - deyə İ.Əliyev vurğulayıb.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət