Azərbaycan, Türkiyə, Rusiya və İran liderlərinin regionun gələcək inkişafı ilə bağlı mövqeləri üst-üstə düşür, Ermənistan isə hələ ki, sözdə həmrəylik ifadə edir. Bunu Prezident İlham Əliyev deyib.
"Regionun müharibədən sonrakı gələcək inkişafını çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bunun üçün unikal imkanlar yaranıb, çünki bir daha qeyd etmək istəyirəm ki, biz və bir çox tərəfdarlarımız hesab edir ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur", - deyə İ.Əliyev bu gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Zəngəzur dəhlizi” yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
"Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya və İran rəhbərliyi ilə keçirilən görüşlər və aparılan danışıqlar bu məsələ ilə bağlı mövqeyimizin eyni olduğunu deməyə əsas verir. Biz əməkdaşlıq, qarşılıqlı ticarətin inkişafı, kommunikasiyaların və yeni dəhlizlərin açılması üçün bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik", - deyə dövlət başçısı vurğulayıb.
O deyib ki, hər şey qarşılıqlı etimad əsasında və bütün ölkələrin maraqları nəzərə alınmaqla qurulmalıdır.
“Ermənistan sözdə bu mövqedədir, müzakirələr zamanı isə bəzi fikirlər ortaya atır ki, onlar qəbul edilən deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Əks təqdirdə, Ermənistan 90-cı illərdə olduğu kimi, yenə də bu tarixi şansı itirəcək. Onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç nə bizi dayandıra bilməz”, - deyə İ.Əliyev qeyd edib.*
SOCAR ADNOC və Sirius ilə strateji əməkdaşlığa dair sazişlər imzalayıb
Azərbaycan və Masdar “yaşıl” enerji sahəsində birgə layihələri müzakirə ediblər
9 ay ərzində Aİ ölkələrindən Azərbaycana smartfon ixracı 2022-ci ilin göstəricisini ötüb
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
9 ay ərzində Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını 2% artırıblar
DTA və İƏT turizm üzrə təhsil sahəsində əməkdaşlıq etmək niyyətindədir
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
NATO: Türkiyə ilk dəfə olaraq hava məkanının patrul xidməti üçün Rumıniyaya bir qrup qırıcı göndərib
ABŞ İsrailin Qəzza zolağının cənubunda daha diqqətli hərbi əməliyyatlar aparacağına ümid edir
Ayətullah Xamenei ABŞ-a qarşı qlobal koalisiya yaratmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank HPE Server avadanlığı və sistemləri üçün komponentlərin təchizatına dair tender elan edir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək