Prezident İlham Əliyev Dağlıq Qarabağdakı qondarma separatçı rejimin rus dilini "rəsmi dil" elan etmək planlarını şərh edib.
"Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranlar istənilən dili seçə bilərlər. Mən onlara suahili dilini seçməyi məsləhət görərdim", - deyə Əliyev bu gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
Prezident qeyd edib ki, Qarabağdakı erməni separatçıları tərəfindən rəsmi dilin seçilməsi məsələsi növbəti manipulyasiya növüdür. Dövlət başçısı bir daha xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, buna görə də bütün ölkə ərazisində yeganə dövlət dili Azərbaycan dilidir.
"Bu, Qarabağda fəaliyyət göstərən xunta rejiminin son nəfəsi və cəhdidir. Amma bu, heç nəyi dəyişməyəcək. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Eyni zamanda, biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. Azərbaycanda rus dili çox geniş şəkildə istifadə edilir. Hazırda bizdə Sovet dövründən fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. Hazırda Azərbaycanda 340-a yaxın rus bölməsi olan məktəb fəaliyyət göstərir. Bəs Ermənistanda neçə rusdilli məktəb var? Sıfır! Orada yalnız rus hərbçilərin uşaqları üçün bir məktəb fəaliyyət göstərir”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Ermənistanda qüvvədə olan qanuna əsasən, erməni uşaqları rus məktəbində oxuya bilməz. "Siz onların öz strateji tərəfdaşları ilə bağlı yürütdüyü siyasətə baxın! Ermənistan müharibə zamanı məhv etdiyimiz silahlar da daxil olmaqla, bütün resursları Rusiyadan pulsuz alır. Yeri gəlmişkən, bu silahların dəyəri $3-5 milyard civarındadır. Bəs Ermənistan Rusiyanın köməyinə cavab olaraq nə edir? O, Rusiya televiziya kanallarının yayımını dayandırır, rusdilli məktəbləri bağlayır. Ancaq indi Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşəndən sonra separatçılar rus dilini rəsmi dil kimi tanımaq istəyirlər? Mən onlara suahili dilini seçməyi məsləhət görürəm ki, uzaq ölkələrlə münasibətlər qursunlar", - deyə Əliyev vurğulayıb.
O, həmçinin deyib ki, Azərbaycanın bütün ali məktəblərində rus dilində təhsil mövcuddur. Dağlıq Qarabağdakı erməni icmasına gəlincə, prezident qeyd edib ki, onlar öz dillərində rahat danışa bilərlər. "Sovet dövründə Azərbaycanda erməni dilində qəzetlər buraxılırdı, buna görə bundan sonra da erməni dilinə ölkədəki digər etnik qrupların dillərinə olduğu kimi diqqət yetiriləcək", - deyə dövlət başçısı əlavə edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət