“AzerGold” QSC 2028-ci ilə qədər 6 qızıl yatağının istifadəyə verilməsini planlaşdırır. Bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bəyan edib.
Bazar ertəsi İbrahimov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Tərəflər iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd ediblər. Görüş zamanı İbrahimov bildirib ki, təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır», - QSC-nin məlumatında deyilir.
O qeyd edib ki, Ordumuzun şanlı Qələbəsi nəticəsində azad edilən Qarabağ regionu dağ-mədən sektorunda əməkdaşlıq üçün yeni perspektivlər açır.
Öz növbəsində, rəhbərlik etdiyi təşkilatın Pakistanda mülki və hərbi infrastruktur, kommunikasiya layihələrin icrası, eləcə də mədənçilik sahəsi üzrə ixtisaslaşdığını diqqətə çatdıran Azfar “AzerGold”un mədənçilik, xüsusilə qızıl yataqlarının istismarı sahəsindəki qabaqcıl təcrübəsindən yararlanmaq niyyətində olduqlarını, bu məqsədlə QSC-nin peşəkar mütəxəssislərindən ibarət heyət tərəfindən təlimlərin keçirilməsi təşəbbüsünü irəli sürüb.
“Görüşün davamında təcrübə mübadiləsi və birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub. Tərəflər yaxın zamanda təcrübə mübadiləsinin həyata keçirilməsi üçün təlim planın hazırlanması ilə bağlı razılığa gəliblər”, - məlumatda deyilir.
AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət