Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında birgə təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Sənədi təhsil naziri Emin Əmrullayev və "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito imzalayıblar.
Niyyət sənədi çərçivəsində 4 istiqamət üzrə birgə fəaliyyətin aparılması nəzərdə tutulub.
“Təhsildə rəqəmsal liderlik və siyasətin formalaşdırılması” istiqaməti üzrə birgə fəaliyyətə təhsilin rəqəmsal transformasiyası istiqamətində ümumtəhsil və ali təhsil sahələrində strateji əməkdaşlıq, Təhsil Nazirliyinin informasiya sistemləri və elektron xidmətlərin təkmilləşdirilməsi, həmçinin “Microsoft” korporasiyasının formalaşdırdığı “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasında Azərbaycanın iştirakı daxildir. Tərəflər eyni zamanda, “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəbin qurulması üzrə əməkdaşlıq etməyə razılıq əldə ediblər.
“Tədris və öyrənmə” istiqaməti üzrə əməkdaşlıq nəticələrə əsaslanan şagird mərkəzli öyrənmə, tədrisdə fərdi yanaşma, XXI əsr bacarıqları, gələcəyin müəllim modeli və analitik düşüncənin formalaşması üzrə birgə fəaliyyəti əhatə edir. Tərəflər pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin işə qəbuldan əvvəl texnoloji biliklərinin artırılması üçün xüsusi proqramların tətbiqini planlaşdırırlar.
“Rəqəmsal mühitin formalaşdırılması” istiqaməti bulud texnologiyaları və təhlükəsiz proqram təminatlarının bütün təhsil pillələri üzrə tətbiqini özündə ehtiva edir. Qeyd olunan istiqamət üzrə xüsusi yer tutan fəaliyyətlər “Microsoft” süni intellektin Azərbaycan dilini tanıması və təhsildə qərarvermənin təkmilləşdirilməsi üçün yeni nəsil təhlil alətlərinin tətbiqi üzrə birgə əməkdaşlığın qurulmasıdır.
“Təhsilalan və məktəbin uğuru” istiqaməti üzrə isə “Microsoft” korporasiyasının STEAM üzrə məzmunun inteqrasiyası, istənilən məkan, zaman və tempdə təhsilverənlərin texnologiyalar üzrə ixtisaslarının artırılması və sertifikatlaşdırması, yenilikçi fikirlərin, texniki həllərin yerli və beynəlxalq mühitdə təqdimatı, innovativ ekspert modelləri üzrə təhsil almaq imkanlarını özündə ehtiva edir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət