Bakıda Qazaxıstan və Azərbaycanın işgüzar dairələri arasında görüş keçirilib, tərəflər İşgüzar Şuranın yaradılmasını müzakirə ediblər. Bu barədə “Xabar 24” məlumat yayıb.
2020-ci ildə karantin məhdudiyyətləri ilə əlaqədar Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 37%-dək azalıb.
Görüş iştirakçıları qeyd ediblər ki, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması biznes əlaqələrinin genişləndirilməsinə kömək edəcək.
“Bakı limanının ticarət dövriyyəsi təxminən 5 milyon tona çatıb. Bunun 1,7 milyon tonu Qazaxıstanla ticarət dövriyyəsinin payına düşür (artım 17%). Pandemiyaya baxmayaraq, məhz bu sektorda çox böyük artım var. Ümid edirik ki, Çindən Orta dəhliz vasitəsilə tranzit də artacaq”, - deyə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Taleh Ziyadov bildirib.
Tərəflər Bakı, Aktau və Kurık dəniz limanlarının rəqəmsallaşdırılması üzərində fəal işləyirlər. Görüşdə, həmçinin yükdaşımalar üçün vahid tarifin müəyyənləşdirilməsi və “Şərq-Qərb-Şərq” dəhlizinin imkanlarının şaxələndirilməsi ilə bağlı təkliflər də səsləndirilib.
Azərbaycanda Qazaxıstan kapitalı ilə 145 şirkət fəaliyyət göstərir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Azərbaycan iş adamları Qazaxıstanın biznes strukturları ilə əlaqələr qurmağı planlaşdırırlar.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət