2020-ci ildə fəaliyyətinin yekunları üzrə “Azərbaycan Sənaye Sığorta” ASC-nin xalis mənfəəti 1 milyon 996 min 871,61 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, “Azərbaycan Sənaye Sığorta” ASC 2019-cu ili 780 min manat məbləğində xalis mənfəətlə başa vurub. Beləliklə, 2020-ci ildə sığorta şirkətinin mənfəəti 2,6 dəfə artıb.
Maliyyə hesabatına əsasən, 2020-ci il ərzində şirkətin gəlirləri 9 milyon 252 min 220,39 manat, o cümlədən sığorta haqları 9 milyon 77 min 148,12 manat (artım 61,2%), investisiya gəlirləri 924 min 309,26 manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 6 milyon 756 min 130,9 manat, o cümlədən sığorta ödənişləri 2 milyon 145,432 min manat (azalma 3,1%), təkrarsığortaya verilmiş risklər 1 milyon 652 min 674,78 manat, sığorta işinin aparılması xərcləri 2 milyon 826 min 296,27 manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə şirkətin aktivləri 14,3% - 21 milyon 125 min 62,87 manatadək, öhdəlikləri 14,7% - 7 milyon 85 min 264,11 manatadək, kapitalı 14,1% – 14 milyon 39 min 798,76 manatadək artıb.
2020-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 16,3% - 16 milyon 246,1 min manata qədər artıb.
“Azərbaycan Sənaye Sığorta” ASC “Azersun Holding”in strukturuna daxildir. Səhmdarları 2 hüquqi şəxs - “Azərbaycan Sənaye Bankı” və “Anadolu Investment Company” MMC-dir. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət