2020-ci ilin yekunları üzrə “Xalq Sığorta” şirkətinin vergi ödənilənədək mənfəəti 8 milyon 60 min 871,81 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, şirkət 2019-cu ili 17 milyon 656,054 min manat məbləğində xalis zərərlə başa vurub.
Bununla yanaşı, “Xalq Sığorta” 2020-ci ildə əldə etdiyi xalis mənfəətin həcmini açıqlamayıb.
“Xalq Sığorta”nın auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2020-ci ildə şirkətin gəlirləri 38 milyon 441,521 min manat, o cümlədən sığorta haqları 31 milyon 184,7 min manat (2019-cu illə müqayisədə artım 10% - İF), investisiya gəlirləri 2 milyon 66,08 min manat təşkil edib. Hesabat dövründə şirkətin xalis sığorta ehtiyatları 4 milyon 211,536 min manata bərabər olub.
2020-ci ildə şirkətin xərcləri 30 milyon 380,649 min manat, o cümlədən sığorta ödənişlərinin həcmi 17 milyon 840,317 min manat (2019-cu illə müqayisədə artım 12,1% - İF), qaytarılan sığorta haqlarının həcmi 760,646 min manat, təkrar sığortaya yönəldilmiş sığorta haqları 2 milyon 321,345 min manat, işlərin aparılma xərcləri 8 milyon 23,481 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Ötən il “Xalq Sığorta”nın aktivləri 5,2% - 75 milyon 466,066 min manatadək artıb, öhdəlikləri 14,1% - 26 milyon 276,879 min manatadək azalıb, kapitalı isə 20% - 49 milyon 189,187 min manatadək artıb. 2020-ci ildə şirkətin nizamnamə kapitalı 58 milyon 750,5 min manat səviyyəsində qalıb.
“Xalq Sığorta” şirkəti 2006-cı ilin aprel ayından Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığorta haqlarının yığım həcminə görə Azərbaycanın 10 aparıcı şirkəti sırasına daxildir. Səhmdarları bir neçə fiziki şəxsdir.*
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət