SOCAR və Norveçin «Equinor» şirkəti Xəzərin Azərbaycan sektorunda “Qarabağ” yatağının işlənməsi planına yenidən baxa bilər.
“Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Qarabağ” yatağının işlənməsi məsələsi müzakirə olunub”, - deyə SOCAR-ın məlumatında bildirilir.
Qeyd olunub ki, yeni perspektivli strukturlarda əldə olunmuş müsbət nəticələr “Qarabağ” layihəsinin inkişaf planına da yenidən baxmaq zərurəti yarada bilər. Bunun üçün SOCAR və “Equinor” şirkətlərinin birgə işçi qrupu yaxın həftələrdə “Qarabağ” layihəsinin davamı ilə bağlı müxtəlif variantları nəzərdən keçirəcək, yatağın işlənməsinin yeni kəşf ediləcək yataqların işlənməsi ilə sinerji imkanlarını araşdıracaq.
Görüşdə “Equinor” şirkətinin Azərbaycandakı əməliyyatları inkişaf etdirmək niyyətində olduğu vurğulanıb.
“Həmçinin hazırkı onillikdə neft-qaz qiymətlərinin yüksək olacağını təsbit edən proqnozlar haqqında fikir mübadiləsi aparılıb, birgə işlənilən yataqlarda hasilatın pik dövrünə məhz bu onillikdə nail olmağın əhəmiyyəti qeyd olunub. Buna görə kəşfiyyat və qazma işlərinin sürətləndirilməsi xüsusi vurğulanıb”, - deyə məlumatda bildirilir.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihənin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
SOCAR və “Equinor” şirkətləri 2020-ci ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Yataqda çıxarıla bilən neft ehtiyatları 21 milyon tondan çox, qaz ehtiyatları 13 milyard kubmetr həcmində qiymətləndirilir.
“Qarabağ” yatağında neft hasilatına 2022-ci ilin IV rübündə, qaz hasilatına 2023-cü ildə başlanılması planlaşdırılır. 2026-cı ildə yataqdan hasilat pik həddə çatacaq. Yataqdan gündəlik 5 min tondan çox neft və 4,5 milyon kubmetrə qədər qaz hasilatı nəzərdə tutulur.
Yatağın ilkin işlənmə layihəsi 12 quyunun - 6 neft, 3 qaz və 3 suvurma quyusunun qazılmasını nəzərdə tutur.
“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə yerləşir. Yatağın ərazisində dənizin dərinliyi 180 metrdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət