“PAŞA Bank” 2021-2023-cü illərdə kapitalını 49,6 milyon manat artırmağı planlaşdırır. Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
“Növbəti strateji dövrdə (2021-2023-cü illərdə) kapitalın adekvatlıq göstəricisini təxminən 15% səviyyəsində saxlamağı planlaşdırırıq, buna görə də biz səhmdarlardan 49,6 milyon manat məbləğində əlavə kapital cəlb etməli olacağıq”, - deyə Kazımov bu gün mətbuat konfransında "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
2020-ci ildə bank nizamnamə kapitalını 333 milyon manatdan 354 milyon 511,8 min manata qədər artırıb. Artım 21 milyon 511,8 min manat məbləğində səhmlərin əlavə emissiyası hesabına baş verib. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 33,3 min manat olan 646 ədəd səhmə bölünüb.
Beləliklə, 2021-2023-cü illərdə bank nizamnamə kapitalını 404 milyon manatdan artıq məbləğədək artırmağı planlaşdırır.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət