Dünya Bankı (DB) yayda Azərbaycanın maliyyə sektorunun üçüncü qiymətləndirilməsini başa çatdıracaq. Bunu DB-nin Bakı ofisinin rəhbəri Sara Maykl deyib.
“DB tərəfindən maliyyə sektorunun qiymətləndirilməsi Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirilir və hazırda bu işlər davam etdirilir. Dəqiq tarixləri deyə bilmərəm, ancaq məqsədimiz qiymətləndirməni yayda başa çatdırmaqdır”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
S.Maykl qeyd edib ki, qiymətləndirmənin nəticələri Azərbaycan hökumətinə təqdim ediləcək.
“Qiymətləndirmə bütövlükdə maliyyə sektorunu, mümkün riskləri nəzərdən keçirir, maliyyə sisteminin gücləndirilməsi üçün müxtəlif tədbirləri müəyyən edir. İşlər hələ davam edir”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2020-ci ilin iyun ayında Azərbaycan hökuməti DB və BVF-yə ölkənin maliyyə sektorunun (FSAP) yeni, üçüncü qiymətləndirilməsini həyata keçirməyi təklif edib. Hökumətdə vurğulayıblar ki, sonuncu qiymətləndirmədən beş il keçib və Azərbaycanın maliyyə sektorunda əhəmiyyətli dəyişikliklər baş verib.
BVF və DB tətəfindən Azərbaycanın maliyyə sektorunun birinci qiymətləndirilməsi 2003-cü ildə, ikinci qiymətləndirilməsi 2015-ci ildə həyata keçirilib.
Sara Maykl ilə müsahibənin tam mətniwww.interfax.azsaytında dərc olunub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət