“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin press-relizində deyilir.
Reytinq üzrə proqnoz “Mənfi”dir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, SOCAR-ın emitentin qısamüddətli defolt reytinqi “B” səviyyəsində, təmin olunmamış prioritet reytinqi isə “BВ+” səviyyəsində təsdiqlənib.
“SOCAR tamamilə dövlətə məxsusdur və onun reytinqi Azərbaycanın reytinqinə (BB +/mənfi) bərabərdir. Bu, şirkətə maliyyə təminatları, vəsait qoyuluşları və səhmdar kapitalına inyeksiyalar şəklində dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və onun neft-qaz layihələrinin inkişafı üçün dövlət aləti kimi əhəmiyyəti ilə dəstəklənir”, - deyə məlumatda bildirilir.
“Fitch” qeyd edir ki, 2020-ci ilin birinci yarısında SOCAR-ın nəticələri agentliyin proqnozlarına əsasən gözləniləndən daha yaxşı olub. Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə SOCAR-ın EBITDA üzrə gəlirləri 2019-cu illə müqayisədə orta səviyyədə azalacaq və 2021-ci ildə neftin qiymətinin daha yüksək olması və cari ilin yanvar ayından yanacağın tənzimlənən qiymətinin bahalaşması fonunda bərpa olunmalıdır.
Agentlik SOCAR üzrə hasilatın yüksək səviyyəsini (gündəlik 267 min barel neft ekvivalenti) qeyd edir.
SOCAR üçün neftin bir barelinin $20 (2019-cu ilin yekunlarına görə) olması mənfəətli hesab olunur. Kəşfiyyat və hasilat seqmenti SOCAR-ın mənfəətinin əsas drayveridir.
“Fitch Ratings”in məlumatına görə, SOCAR-ın ödədiyi vergilər 2019-cu ildə dövlət gəlirlərinin təxminən 10%-ni təşkil edib.
“Şirkətin fəaliyyətinə dövlət tərəfindən nəzarət olunur: o, yanacağın daxili qiymətlərinin tənzimlənməsi, pul inyeksiyası və digər tədbirlər vasitəsilə SOCAR-ın mənfəətliliyinə və balansına nəzarət edir. Hesab edirik ki, hökumətin SOCAR-ı kifayət qədər dəstəkləmək üçün stimulları var”, - deyə press-relizdə vurğulanır.
Agentliyin qiymətləndirmələrinə görə, qısamüddətli perspektivdə reytinqə yenidən baxılması (“Mənfi”), həmçinin reytinqin yüksəldilməsi ehtimalı azdır. Lakin Azərbaycan üzrə kredit reytinqi üzrə proqnoz “Mənfi”dən “Sabit”ə dəyişdirilərsə, SOCAR-ın reytinq proqnozu üzrə də analoji addım atılacaq.
Reytinqin aşağı salınmasına səbəb ola biləcək əsas amillər bunlardır: iqtisadi siyasət çərçivəsində makroiqtisadi sabitliyə (dövlətin xarici balansının pisləşməsi və ya manatın mübadilə məzənnəsinin devalvasiyası) mənfi təsir göstərəcək dəyişikliklər; neftin ucuz qiyməti və ya ölkənin xarici mövqeyinə son dərəcə mənfi təsir göstərməyə kifayət edəcək davamlı xarici şok (bu isə iqtisadiyyat, bank sektoru və dövlət maliyyəsi üçün mənfi nəticələrə gətirib çıxaracaq).
Reytinqin yüksəldilməsinə səbəb ola biləcək əsas amillər bunlardır: Azərbaycan hökumətinin konsolidasiya edilmiş büdcə kəsrini azaltmaq və dövlət borcunu aşağı səviyyədə saxlamaq qabiliyyətinə əminlik; xarici şoklara qarşı müqavimət göstərmək qabiliyyətini gücləndirən və makrovolatilliyi azaldan məzənnə siyasətinin şəffaflığı da daxil olmaqla makroiqtisadi siyasətin baza prinsiplərinin təkmilləşdirilməsi.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət