2020-ci ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup” sığorta şirkətinin xalis mənfəəti 2 mln. 813 min 170,82 mаnаt təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta şirkətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup”un xalis mənfəəti 1 mln. 625 min 124,59 mаnаt təşkil edib. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 2019-cu illə müqayisədə 73,1% artıb.
“A-Qroup” şirkətinin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2020-ci il ərzində onun gəlirləri 17 mln. 232 min 308,16 mаnаt, o cümlədən birbaşa sığorta haqları 17 mln. 54 min 60,31 manat (2019-cu illə müqayisədə artım 12,8% - İF), investisiya gəlirləri 184 min 500,08 manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 13 mln. 715 min 844,63 manat, sığorta ödənişlərinin həcmi 8 mln. 475 min 960,6 manat (2019-cu illə müqayisədə azalma 0,7%), qaytarılan sığorta haqları 392 min 350,25 manat, sığorta işinin aparılması xərcləri 2 mln. 735 min 188,02 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 3 mln. 516 min 463,53 manat, mənfəət vergisi üzrə ödənişləri 703 min 292,71 manat təşkil edib.
Ötən il “A-Qroup”un aktivləri 14,9% - 28 mln. 280 min 582,72 manatadək, öhdəlikləri 17,4% - 14 mln. 147 min 145,62 manatadək, kapitalı 12,5% - 14 mln. 133 min 437,1 manatadək artıb, nizamnamə kapitalı isə dəyişməz qalıb (10 mln. 5,25 min manat).
2020-ci ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 34,5% - 5,76 mln. manatadək artıb.
“A-Qroup” ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə ölkənin 15 aparıcı sığorta şirkəti sırasına daxildir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət