2020-ci il ərzində “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 5 mln. 727 min 168,54 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildii kimi, 2019-cu ildə “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 3 mln. 533 min 390,13 manat təşkil edib. Beləliklə, hesabat ilində şirkətin xalis mənfəəti 2019-cu illə müqayisədə 62,1% artıb.
Şirkətin maliyyə hesabatına əsasən, hesabat dövründə şirkətin gəlirləri 32 mln. 317 min 531,08 manat, sığorta haqları 28 mln. 570 min 174,74 manat (2019-cu illə müqayisədə artım 29,4%), investisiya gəlirləri 1 milyon 156 min 988,96 manata bərabər olub. Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə olunub.
2020-ci il ərzində “Meqa Sığorta” şirkətinin xərcləri 25 mln. 158 min 570,41 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 4 mln. 860 min 984,51 manat (azalma 3,4%), sığorta işinin aparılması xərcləri 4 mln. 616,602 min manat, təkrar sığortaya verilən sığorta haqları 15 mln. 285 min 898,69 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat dövründə şirkətin vergiöncəsi mənfəəti 7 mln. 158 min 960,67 manat, mənfəət vergisi üzrə ödənişləri 1 milyon 431 min 792,13 manat təşkil edib.
2020-ci ildə şirkətin aktivləri 13,1% - 50 mln. 247 min 332,72 manata qədər, məcmu kapitalı 9% - 28 mln. 744 min 399,21 manata qədər, öhdəlikləri 19% - 21 mln. 502 min 993,51 manata qədər artıb.
Hesabat dövründə şirkət nizamnamə kapitalını 23 mln. manat səviyyəsində qalıb.
2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 11% - 6,5 mln. manata qədər azalıb.
“Meqa Sığorta” şirkəti 2010-cu il oktyabrın 1-dən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət