Media Təhlil Mərkəzi əhali arasında icbari tibbi sığortanın (İTS) tətbiqinə münasibətə dair sorğu keçirib.
679 respondentiniştirak etdiyi sorğuya əsasən, Azərbaycan əhalisinin 31,8%-i hesab edir ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətləri bütün vətəndaşlar üçün əlçatan edəcək, 10,6%-i düşünür ki, icbari sığorta sisteminin tətbiqi nəticəsində bütün vətəndaşlar tibbi xidmətlərdən bərabər formada təmin olunacaq.
Respondentlərin 15%-i şərtlərdən tam razılığını bildirir, 41,8%-i isə icbari tibbi sığorta sistemin tətbiqinin qeyri-rəsmi ödənişlərin qarşısını alacağına ümid edir.
Sorğu iştirakçıları regionlarda yaşayan vətəndaşların icbari tibbi sığorta xidmətlərindən Bakıda da faydalanmaq imkanına malik olmasına münasibət bildiriblər. Respondentlərin 57,7%-i bu imkanı müsbət qarşılayıb. Yalnız 4,3%-i isə bunu düzgün hesab etməyib. Eyni zamanda, cavab verənlərin 38%-i isə hesab edir ki, regionda yaşayan şəxslər yalnız müalicə və müayinəsinin Bakıda mümkün olduğu zaman paytaxt həkimlərinə müraciət etməlidirlər.
Respondentlərin 16,2%-i icbari tibbi sığorta xidmətlərindən istifadə etdiyini, 83,8%-i isə sözügedən xidmətdən yararlanmadığını bildirib.
Respondentlər icbari tibbi sığorta sisteminin müəyyən tibbi xidmətləri qarşılaması ilə bağlı müxtəlif seçim variantlarından ibarət olan sualı da cavablandırıblar.Nəticələr aşağıdakı kimidir: ağır cərrahiyyə əməliyyatları 55,1%; 18 yaşdan yuxarı şəxslərin müraciəti əsasında profilaktik tibbi müayinələrin aparılması 45,5%; KT və MRT xidmətləri 42,7% və s.
2021-ci il parelin 1-dən Azərbaycanda İTS sistemi tam tətbiq olunub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət