Rəsmi Minsk Belarusda istehsal olunan “Sputnik-V” vaksinini Azərbaycana tədarük etməyə hazırdır. Bu barədə prezident Aleksandr Lukaşenko bəyan edib.
“Belarusda əhalinin kütləvi şəkildə vaksinasiyası başlanır, bu məqsədlə ölkədə Rusiya texnologiyaları əsasında yaradılan preparatlardan istifadə olunacaq. Lakin, istehsal olunan vaksinlərin bütün həcmini Belarus istehlak edə bilməyəcək, buna görə, həmçinin onları Azərbaycana ixrac etməyə hazırdır”, - Lukaşenko çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib. Bu barədə BELTA agentliyi məlumat verir.
Bundan başqa, Belarus prezidenti qeyd edib ki, Minsk sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm, təhsil sahələrində kooperasiya əlaqələri üçün böyük potensial görür. Elmi-texniki və hərbi-sənaye sahələrində əlaqələrin dərinləşməsi üçün yaxşı perspektivlər görünür.
Eyni zamanda, Lukaşenko Əliyevi Belarusa səfər dəvət edib. “Biz hər zaman ölkənizin etibarlı dostu olmuşuq və bu belə də olacaq”, - Lukaşenko vurğulayıb.
Xəbər verildiyi kimi, Belarus hər ay 500 min dozaya qədər “Sputnik-V” vaksini istehsal etmək niyyətindədir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət