Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildə aktivlərini 12,7% -25 mlrd. 485,97 mln. manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il dekabrın 31-nə AMB-nin aktivlərinin strukturunda nağd vəsaitlərin həcmi 5 mlrd. 615,273 mln. manat (artım 30,3%) təşkil edib.
Maliyyə hesabatına əsasən, AMB-nin borc qiymətli kağızları 18 mlrd. 579,674 mln. manat təşkil edib (artım 6,2%).
2021-ci il yanvarın 1-nə AMB tərəfindən rezident banklara verilən kreditlərin həcmi 399,408 mln. manata (artım 47,4%) bərabər olub. Qalan məbləğ aktivlərin digər maddələrinin payına düşüb.
2020-ci il dekabrın 31-nə Mərkəzi Bankın öhdəlikləri 23 mlrd. 864,058 mln. manat (artım 19%) təşkil edir.
AMB-nin öhdəliklərinin strukturunda, 2020-ci ildə dövriyyədə olan banknot və sikkələrin nominal üzrə həcmi 13,8% - 11 mlrd. 839,664 mln. manatadək artıb.
Bununla yanaşı, bankın dövlət strukturları qarşısında öhdəlikləri 4 mlrd. 921,318 mln. manat (artım 80%), kredit təşkilatları qarşısında öhdəlikləri 3 mlrd. 204,953 mln. manat (artım 17,8%), rezident bankların depozitləri 2 mlrd. 713,336 mln. manat təşkil edir (azalma 11.8%). Qalan öhdəliklər digər maddələrin payına düşür.
Ötən il AMB-nin nizamnamə kapitalı dəyişməyib – 500 mln. manat. Bununla yanaşı, cari ilin əvvəlinə bankın kapitalı 1 mlrd. 621,912 mln. manata (azalma 37%) bərabərdir.
2020-ci ilin yekunları üzrə Mərkəzi Bankın xalis mənfəəti 45,525 mln. manat təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 31% azdır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət