Sahibkarlığın İnkişafı Fondu bir sıra xidmətlərin satın alınması məqsədilə təkliflər sorğusu elan edib.
Xüsusilə, SİF “Fondun vəsaitlərinin dövriyyəsinə nəzarət proqramı”na texniki xidmətin satın alınması (seçim №1), “İdarəetmənin avtomatlaşması üzrə yeni proqram təminatının hazırlanması və mövcud proqram təminatlarının vahid mərkəzə birləşdirilməsi” layihəsinin həyata keçirilməsində təhlil, layihələndirilmə, layihənin idarə edilməsi, İT və proqramlaşdırma sahəsində konsaltinq xidmətlərinin satın alınması (seçim №2), SİF-in
daxili qaydalarının təkmilləşdirilməsi, əsasnamə və vəzifə təlimatlarının yenilənməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının yaradılması üzrə məsləhət xidmətlərinin satın alınması məqsədilə şirkətlər seçməyi planlaşdırır.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün sənədləri 6 may saat 17:00-a kimi təqdim etməlidirlər. İddiaçıların təklifləri 7 may tarixində açılacaq.
1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət