“Azəristiliktəchizat” ASC 2020-ci ildə istilik enerjisinin satışından 13 milyon 337,6 min manat gəlir əldə edib ki, bu da 2019-cu ilin göstəricisindən 9,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Ötən il cəmiyyətin gəlirlərinin ümumi həcmində 6 milyon 745,5 min manat (artım 2,5%) əhaliyə istilik enerjisinin satışından daxilolmaların payına düşüb.
2020-ci ildə cəmiyyətin istismar xərcləri 72 milyon 697,5 min manat (azalma 1,2%), əmək haqqı xərcləri 17 milyon 222 min manat (azalma 11,1%) təşkil edib.
2020-ci ildə istehlakçılara 1 milyon 855,7 min Gkal (artım 4,6%), o cümlədən əhaliyə 1 milyon 357,2 min Gkal (artım 10,6%), kommunal-məişət ehtiyacları üçün 498,5 min Gkal (azalma 9%) istilik enerjisi satılıb.
Ötən il istilik enerjisi itkisi 229,3 min Gkal (artım 11,2%) təşkil edib.
2020-ci ilin sonuna olan vəziyyətə görə, “Azəristiliktəchizat”ın balansında olan qazanxanaların sayı 1167 (2019-cu ilin sonuna olan göstəricidən 1,1% çox) olub. Qazanxanaların ümumi gücü 2 min 683 Gkal/saat təşkil edir. 1150 qazanxana təbii qazla, 17 qazanxana isə maye qazla işləyir.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət