2020-ci ildə Azərbaycanda sığortaçılar 2 milyon 579,783 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2019-cu ilin göstəricisindən 20,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a sığorta bazarındakı mınbə məlumat verib.
Sığorta müqavilələrinin böyük hissəsi icbari sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 63,9%-i və ya 1 milyon 648,933 min müqavilə onların payına düşüb. 2019-cu illə müqayisədə azalma 5,1% təşkil edib.
Eyni zamanda, icbari sığorta növləri üzrə ən çox müqavilə (1 milyon 319,553 min) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə bağlanıb.
Hesabat dövründə könüllü sığorta növləri üzrə müqavilələrin sayı 39% - 930,85 minə qədər azalıb. Eyni zamanda, həyat sığortası üzrə 626,794 min müqavilə (azalma 21,9%), qeyri-həyat sığortası üzrə 304,056 min müqavilə (azalma 57,9%) bağlanıb. Ən çox müqavilə (155,017 min) əmlak sığortası üzrə bağlanlıb.
Ötən ilin yekunları üzrə Azərbaycanda sığortaçıların və təkrarsığortaçıların ümumi sığorta haqları 794 milyon 795,7 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,3% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta haqları 524 milyon 553,6 min manat (artım 10,8%) təşkil edib. Eyni zamanda, həyat sığortası üzrə sığorta haqları 249 milyon 913,3 min manat (artım 13,8%), qeyri-həyat sığortası üzrə 274 milyon 640,3 min manat (artım 8,1%) təşkil edib.
Hesabat dövründə icbari sığorta növləri üzrə sığorta haqları 270 milyon 242,1 min manat (artım 1,2%) təşkil edib.
Hesabat dövründə sığortaçılar və təkrarsığortaçıların fiziki şəxslərlə bağlanmış müqavilələr üzrə ümumi sığorta haqları 12,1% - 196,894 milyon manatadək və ya bütün sığorta haqlarının 24,8%-i səviyyəsində artıb. Fiziki şəxslərin könüllü sığorta və təkrarsığorta növləri üzrə sığorta haqları 111 milyon 842,1 min manat (artım 6,1% - İF) təşkil edib. Bundan başqa, fiziki şəxslərin həyat sığortası və təkrarsığorta üzrə sığorta haqları 88 milyon 70,9 manat (artım 10,1%%), qeyri-həyat sığortası üzrə 23 milyon 771,2 min manat (azalma 6,5%) təşkil edib.
2020-ci ildə fiziki şəxslərlə icbari sığorta və təkrarsığorta növləri üzrə bağlanmış müqavilələr çərçivəsində sığorta haqları 85 milyon 51,9 min manat (artım 21,1%) təşkil edib.**
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət