Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin yenidən qurulması üçün podratçı seçimi üzrə ilkin qiymətləndirmə çərçivəsində ərizələrin qəbul müddətini uzadıb.
İlkin qiymətləndirmədə iştirak etmək istəyən şirkətlər təkliflərini 21 may saat 17:00-a qədər təqdim etməlidirlər.
İştirak haqqı 300 manatdır ($170).
Yenidən qurulacaq yol hissəsinin ümumi uzunluğu 70.5 kilometrdir. Mövcud yol tamamən olmasa da, əsasən II kateqoriyalı yol ölçülərinin tələblərinə uyğundur. Mövcud yol örtüyü çoxsaylı qüsurlar olmaqla ümumilikdə yararsız vəziyyətdədir və beş ədəd çay-kanal keçidinin dəyişdirilməsinə də ehtiyac var.
Yeni yol geyiminə asfalt beton səth, asfalt yapışdırıcı-bağlayıcı lay, asfaltın əsas layı və dənəvər alt layı daxildir. Mövcud beş körpü tamamilə yeniləri ilə əvəz ediləcək və bir yeni körpü tikiləcək.
Yolun bərpası üçün ehtimal edilən tikinti müddəti 24 ay və sonra isə qüsurların aradan qaldırılması müddəti 24 aylıq olacaq. Yol, tikinti zamanı nəqliyyatın hərəkəti üçün açıq qalacaq və podratçı nəqliyyatın idarə olunmasına cavabdeh olacaq.
İlkin qiymətləndirmə Dünya Bankının (DB) müəyyən etdiyi prosedurlara müvafiq olaraq həyata keçirilir, belə ki, işlər DB-nin strukturuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir.
Tenderə dəvətin 2021-ci ilin iyul ayında olacağı gözlənilir.
Telefon: (+994 12) 499 79 02,mehman.babaxanov@azeravtoyol.gov.az,saadat.aliyeva@azeravtoyol.gov.az
Xəbər verildiyi kimi, Dünya Bankının Direktorlar Şurası 2008-ci il aprelin 29-da avtomobil yolu infrastrukturunun inşası və yenidən qurulması üçün Azərbaycana $300 milyon həcmində əlavə kreditin verilməsini təsdiq edib. Bankın kredit vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 10 ili güzəştli olmaqla 40 il müddətinə verilib. Əlavə kredit hesabına uzunluğu 112 km olan Ələt-Masallı avtomobil yolunun, H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə qədər 41 km uzunluğunda avtomobil yolunun tikintisi və yenidən qurulması planlaşdırılır. Bundan başqa, 200 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.
Bu layihənin ümumi dəyəri $505 milyon təşkil edir. Bunun $300 milyonu DB-nin krediti, $205 milyonu Azərbaycan hökumətinin payıdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət