2021-ci ilin I rübündə Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına sərmayə qoyuluşları 131 milyon türk lirəsi ($15,8 milyon) təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə holdinqin məlumatında deyilir.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).
2020-ci ilin yanvar-mart aylarında “Petkim Petrokimya Holding”in inkişafına 133 milyon TL sərmayə qoyulub. Beləliklə, 2021-ci ilin I rübündə sərmayələrin həcmi 1,5% azalıb.
““Petkim” 2021-ci il ərzində zavodların modernləşdirilməsinə, xüsusilə texnologiyanın inkişafına, enerji səmərəliliyinin yüksəldilməsinə, əməyin və ətraf mühitin mühafizəsi tədbirlərinə sərmayə qoyuluşunu davam etdirəcək”, - deyə məlumatda bildirilir.
“I rübdə “Petkim Petrokimya Holding”in müəssisələrində 813,95 min ton (artım 1,5% - İF) məhsul istehsal olunub. Bu dövrdə şirkət tərəfindən 636,608 min ton (artım 6,5%) neft-kimya məhsulları satılıb.
2021-ci ilin yanvar-mart aylarında “Petkim”in istehsal güclərindən istifadə əmsalı 92,2% (ötən ilin müvafiq dövründə 91,6%) təşkil edib.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət