Azərbaycan 2021-ci ilin sonunadək Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya layihəsini razılaşdırılmağı ümid edir. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilir.
“Azərbaycan hökumətinin nümayəndələri yaponiyalı həmkarlarla gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə növbəti danışıqlar aparıblar.Bu, cari ildə müvafiq sənəd layihəsi üzərində müzakirələrə həsr edilmiş ikinci görüşdür”, - Xidmətdən qeyd olunur.
“Müzakirələr zamanı 2022-ci ilin “Azərbaycan-Yaponiya dostluq ili”nin olduğu nəzərə alınaraq, yeni Konvensiyanın bütün müddəalarının növbəti ilə qədər tam razılaşdırılması istiqamətində bütün zəruri işlərin görüləcəyi vurğulanıb. Ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Konvensiya layihəsi, həmçinin, hər iki ölkənin vergi orqanları arasında vergidən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək”, - məlumatda vurğulanır.
DVX qeyd edir ki, iki gün davam edən müzakirələrin nəticəsi olaraq, Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə edilib. Hər iki tərəfin Xarici İşlər nazirliklərinin səlahiyyətlərinə aid olan maddələrin əksəriyyəti razılaşdırılsa da, bir neçə maddə növbəti danışıqlar üçün hələlik açıq qalıb.
Xəbər verildiyi kimi, hazırda ölkələr arasında bu məsələ SSRİ ilə Yaponiya arasında 1986-cı ildə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya əsasında tənzimlənir.
Azərbaycan 54 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması prinsipini tətbiq edir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət