Rusiya Jurnalistlər İttifaqırəsmi İrəvandan tələb etməlidir ki, Qarabağda azad olunmuş ərazilərdə mina xəritələrini dərhal Azərbaycana təqdim etsin. Bu barədə rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib.
“Peşəkar xidmətlərini yerinə yetirən həmkarlarımız həlak olublar. (...) Hesab edirəm ki, Azərbaycan jurnalistlərinin həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış edərək baş sağlığı verməli və rəsmi İrəvandan tələb etməlidir ki, azad olunmuş ərazilərdə mina xəritələrini dərhal Azərbaycana təqdim etsin”, - Korotçenko Qarabağda vəzifələrinin icrası zamanı minada düşırək həlak olan iki Azərbaycan jurnalistin ölümünü şərh edərkən özününTelegram kanalında yazıb.
Həmçinin, rusiyalı hərbi ekspert qeyd edib ki, beynəlxalq jurnalist ittifaqlarından bu faciəyə reaksiyalar gözləyir. “Ümumi tələb – mina xəritələrini təqdim olunmasına məcbur etmək məqsədilə Ermənistana siyasi təzyiq göstərməkdir”, - Korotçenko vurğulayıb.
Ekspert xatırladıb ki, minaya düşmək və partlamamış sursatlar təhlükəsi hər tərəfdə mövcuddur.
“Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində mina təhlükəsi hər yerdə var. Biz, bu yaxınlarda Ağdam və Füzuli rayonlarına səfər edən rusiyalı jurnalistlər və ekspertlər də risk etmişik, lakin peşəkar borcumuzu yerinə yetirmişik ki, baş verənlər barədə obyektiv şəkildə məlumatlandıraq. Bizdə ermənilərin minaladığı ərazilərdə həlak ola bilərdik”, - Korotçenko yazıb.
Xəbər veridliyi kimi, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.
İnsident nəticəsində daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda bu faktla bağlı cinayət işi başlanılıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət