SOCAR səmt neft qazından ammonium istehsal edərək Avropaya nəql etməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bunu “Sokar rus” şirkətinin baş direktoru Fərid Cəfərov deyib.
“Karbon izinin azaldılması təkcə neft-qaz şirkətlərinin deyil, bütövlükdə, bütün dünya iqtisadiyyatının inkişafı üçün zəruridir. SOCAR Şirkətlər Qrupu artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirir. İlk növbədə, bu, Abşeronda hidrogen istehsalı, daha sonra isə onun Cənub Qaz Dəhlizi ilə Avropadakı istehlakçılar üçün nəqlidir”, - deyə Cəfərov Rusiya mətbuatına müsahibəsində bildirib.
O əlavə edib ki, şirkət 2022-ci ilə qədər səmt neft qazı tullantılarının sıfıra endirilməsi proqramını həyata keçirir.
“Biz ənənəvi və innovativ texnologiyaların qovuşuğunda müxtəlif layihələri nəzərdən keçiririk. Belə layihələrdən biri bilavasitə yataqda səmt neft qazından ammonium istehsalı, təzyiqin saxlanması üçün karbon tullantılarının laya geri vurulması ilə bağlıdır. Bu ammoniumun gələcəkdə hidrogen istehsalı üçün xammal kimi Avropaya nəqli də nəzərdən keçirilir”, - deyə Cəfərov bildirib.
SOCAR 2022-ci ildə atmosferə atılan səmt qazı tullantılarını sıfıra endirməyi planlaşdırır.
Xəbər verildiyi kimi, SOCAR artıq səmt qazı tullantılarını 2%-dək azaldıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət