Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov və bir qrup Qarabağ ermənisi iki azərbaycanlı jurnalist və bir məmurun Kəlbəcər rayonunda minaya düşərək həlak olması ilə əlaqədar Azərbaycana, həmin şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Ağacanov Ermənistan tərəfinin törətdiyi bu terror aktı nəticəsində yaralanmış 4 nəfərin tezliklə sağalmasını arzulayıb.
“Baş verən cinayətə görə birbaşa məsuliyyət Ermənistanın indiki və əvvəlki hakimiyyətinin üzərinə düşür. Rəsmi İrəvan minalanmış sahələrin xəritələrini hələ də Bakıya verməyib, halbuki bu xəritələrin verilməsi bir çox günahsız insanın həyatını xilas edə və Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqlar üçün əlverişli zəmin yarada bilərdi”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə daxil olmuş bəyanatın mətnində bildirilir.
“Ermənistan hakimiyyətinin cinayətkar və işğalçılıq siyasəti bu gün də Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnir. Ermənistan silahlı qüvvələri və təxribat qrupu tərəfindən Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması nəticəsində Kəlbəcərdə baş vermiş dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Başsağlığı verir və dünya ictimaiyyətini Azərbaycana mina xəritələrini verməkdən imtina edən rəsmi İrəvanı qətiyyətlə qınamağa çağırırıq”, - deyə bir qrup Qarabağ ermənisinin müraciətində vurğulanır.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət