2030-cu ilə qədər Qarabağ Azərbaycanın qeyri-neft sektorunun 5-10%-i həddində iqtisadiyyata malik ola bilər. Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
“Qarabağda təhlükəsizliyin təmin olunması, o cümlədən minalardan təmizlənmə və infrastrukturun yaradılması istiqamətində əsas yük dövlət büdcəsinin üzərinə düşsə də, beynəlxalq inkişaf partnyorları, özəl sektor və diaspora sərmayələri iqtisadiyyatın canlandırılmasında həlledici ola bilər. Həmçinin 2030-cu ilə qədər Qarabağ Azərbaycanın qeyri-neft sektorunun 5-10%-i həddində iqtisadiyyata malik ola bilər”, - deyə V.Qasımlı bildirib.
O qeyd edib ki, Qarabağda iqtisadiyyatın 6 əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, “yaşıl enerji”, nəqliyyat-logistika və turizm.
“Hesablamalar göstərir ki, orta müddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4% töhfə verəcək. 167 faydalı qazıntı ehtiyatı hesabına Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də, “Söyüdlü” yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3%, emal sənayesinə isə 4,3% ola bilər”, - deyə Qasımlı vurğulayıb.
Mərkəzin icraçı direktoru bildirib ki, Cəbrayıl rayonu nəqliyyat-logistika mərkəzi olmaqla, həm Türkiyə və İran, həm də Qarabağın digər regionlarımızla əlaqə xətlərinin üzərində yerləşir.
“Qarabağ bölgəsinin Azərbaycanda nəqliyyat xidmətlərinə olan təsiri 4,9% qiymətləndirilir. Şuşa nəinki Qarabağın, bütövlükdə Azərbaycanın, gələcək illərdə isə islam və türk dünyasının mədəniyyət mərkəzi statusunda turizmin əsas drayverinə çevriləcək. Ağdam şəhəri isə bölgənin yüngül sənaye və xidmət mərkəzi funksiyasını daşıya bilər”, - deyə o əlavə edib.
Qasımlı hesab edir ki, Qarabağ bölgəsində 0,5 giqavat külək, 0,7 giqavat su və 4 giqavat günəş enerjisi potensialı regionun yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır.
““Xudafərin”, “Qız Qalası”, “Suqovuşan” stansiyaları, həmçinin Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin enerji tələbatını ödəmək gücündədir. BP-nin Qarabağda “yaşıl enerji”yə sərmayə yatırmaq niyyəti nəinki alternativ enerji sahəsinə, bütövlükdə Qarabağ bölgəsinə sərmayə cəlbinə əlavə təkandır”, - deyə İİTKM-in icraçı direktoru bildirib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət