2021-ci ilin I rübündə Rusiyadakı fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $119,947 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2020-ci ilin yanvar-mart aylarında fiziki şəxslər Rusiyadan Azərbaycana $95,228 milyon vəsait köçürüblər. Beləliklə, 2021-ci ilin I rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 26% artıb.
Cari ilin I rübündə Rusiya Azərbaycana pul köçürmələri həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb, xüsusi çəki 52,9% (2020-ci ilin yanvar-mart aylarında 50,7%) təşkil edib.
2021-ci ilin I rübündə Azərbaycana pul köçürmələrinin həcmi $226,641 milyon (artım 20,6%) təşkil edib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($20,003 milyon, artım 11%), ABŞ ($11,867 milyon, artım 17,6%), Böyük Britaniya ($8,076 milyon, artım 48%) və Qazaxıstan ($8,004 milyon, azalma 1,5%) daxildir.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,3% - $121,952 milyona qədər azalıb.
Azərbaycandakı fiziki şəxslər tərəfindən pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında ilk yeri Türkiyə tutub ($33,519 milyon, artım 27%). 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan həyata keçirilən bütün pul köçürmələrinin 27,5%-i (2020-ci ilin I rübündə 21,6%-i) bu ölkənin payına düşüb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi $25,948 milyon təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 11,5% azdır.
Cari ilin I rübündə Azərbaycandan fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($16,571 milyon, artım 2,1 dəfə), ABŞ ($9,407 milyon, azalma 9,4%) və Ukrayna da ($5,428 milyon, azalma 9,9%) daxildir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət