2020-ci ildə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin zərəri 5,283 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 37,3 dəfə azdır.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu məlumatlar MMC-nin 2020-ci il ərzində maliyyə vəziyyətinə dair birləşdirilmiş hesabatında öz əksini tapıb.
Ötən ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək zərəri 790 min manat (2019-cu ildə 195,607 milyon manat), mənfəət vergisi üzrə ödənişlər 4,493 min manat (artım 3,3 dəfə) təşkil edib.
Hesabatlara əsasən, ötən il "Azərbaycan İES" MMC tərəfindən elektrik enerjisinin satış həcmi 255,552 milyon manat (azalma 5%) təşkil edib.
Müəssisənin əməliyyat mənfəəti 2019-cu ildə 5,66 milyon manat məbləğində əməliyyat zərərinə qarşı 121 min manat təşkil edib.
Hesabat dövründə stansiyanın xərclərinin strukturunda yanacaq xərcləri 167,132 milyon manat (azalma 16,5%) təşkil edib.
2020-ci ildə "Azərbaycan İES" MMC-nin aktivləri 18,4% artaraq 655,14 milyon manata çatıb. Bununla yanaşı, ötən il cəmiyyətin uzunmüddətli aktivləri 20,1% - 428,75 milyon manatadək, qısamüddətli aktivləri 12,6% – 140,342 milyon manatadək artıb.
Hesabat ilində cəmiyyətin məcmu kapitalı 31% - 464,415 milyon manata qədər artıb, nizamnamə kapitalı 5,108 milyon manata (dəyişməyib), ümumi bölüşdürülməmiş mənfəəti 76,296 milyon manata (azalma 6,5%) bərabərdir.
2020-ci ildə cəmiyyətin öhdəlikləri 4,1% - 190,725 milyon manata qədər azalıb.
“Azərbaycan” İES hər birinin gücü 300 MVt olan 8 blokdan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət