Dünya Bankı (DB) yaxın 2-3 ay ərzində Azərbaycana koronavirus pandemiyası ilə mübarizə üçün $95 milyon məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə Dünya Bankının (DB) Bakı ofisinin rəhbəri Sara Maykl bildirib.
“Hazırda biz Azərbaycan hökuməti ilə koronavirus infeksiyasına qarşı mübarizədə ölkə hakimiyyətinə dəstək məqsədilə layihənin (“COVID-19-a təcili reaksiya”) həyata keçirilməsini müzakirə edirik. DB layihənin reallaşdırılması üçün $95 milyon məbləğində kredit ayırmağı planlaşdırır”, - deyə Maykl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, layihənin sürətləndirilmiş prosedur üzrə təsdiq edilməsi planlaşdırılır və Bankın Direktorlar Şurası yaxın 2-3 ay ərzində vəsaitin ayrılmasını təsdiq edə bilər.
“Azərbaycan hökumətinin COVID-19 infeksiyası ilə əlaqədar müəyyən gözlənilməz xərcləri olub. Xüsusilə, bu xərclər infeksiyaya qarşı mübarizə tədbirləri, biznesə dəstək, əhalinin aztəminatlı təbəqələrinə sosial dəstəklə bağlı olub. DB-nin krediti Azərbaycan hökumətinə bu xərcləri qismən kompensasiya etməyə imkan verəcək”, - deyə Maykl əlavə edib.
2020-ci ildə Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi, eləcə də biznesin dəstəklənməsi üçün dövlət büdcəsindən təxminən 2 milyard manat (cari məzənnə ilə təxminən $1,2 milyard) və ya ÜDM-in 2,7%-ni ayırıb.
COVID-19 infeksiyası ilə əlaqədar səhiyyə sistemi, özəl biznes və dövlət şirkətlərinə 2020-2021-ci illəri əhatə edən dəstək proqramı 3,5 milyard manat məbləğində (cari məzənnə ilə $2 milyarddan çox) qiymətləndirilir.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $4,4 milyard məbləğində kredit ayırıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət