S&P Global Ratings Beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "ССС+/С"-dən "В-/В"-yə yüksəldib.
Agentliyin məlumatına görə, reytinqlər üzrə proqnoz “sabit”-dir.
“Bankın likvidlik göstəriciləri yaxşılaşıb, və biz onların 2021-2022-ci illərdə bu səviyyədə qalmasını gözləyirik. Baza ssenarimizin ehtimallarına əsasən, bank likvidlik ehtiyatını dəstəkləyəcək və çətin ki, yaxın 12 ay ərzində müştərilərin depozitlərinin mühüm dərəcədə azalması ilə üzləşsin. Bizim rəyimiz son 6 ay ərzində müştərilərin depozitlərinin sabitliyini özündə ehtiva edir”, - məlumatda vurğulanır.
Agentlik qeyd edir ki, Azərbaycanda əmantlər üzrə tam zəmanət sisteminin müddətinin 2021-ci il 4 aprel tarixində sona çatmasına baxmayaraq, aprelin 4-dən iyunun artalarına qədər olan dövrdə bankın pərakəndə depozitlərinin həcmi təqribən 10% artıb.
Pərakəndə depozitlərdən başqa bankın resurs bazasına hökumətin dəstək proqramları çərçivəsində dövlətlə əlaqədar maliyyə institutları və təşkilatlar tərəfindən müntəzəm fondlaşma, AMB tərəfindən maliyyələşmə və korporativ depozitlər daxildir.
“Hesab edirik ki, Azərbaycanda əməliyyat mühiti 2021-2022-ci illərdə bankın inkişafını dsətəkləyəcək. Bundan başqa, gözləyirik ki, bank 2021-2022-ci illərdə mənfəətin kiçik həcmini generasiya edəcək”, - məlumatda qeyd olunur.
Bankın 2021-2023-cü illlər üçün yeni strategiyası kiçik və orta biznes müəssisələrinə kredit və qeyri-kredit xidmətlərinin göstərilməsi və fiziki şəxslərə ipoteka kreditlərinin verilməsinə yönələcək, hansılar ki, əsasən dövlətlə əlaqədar təşkilatlar və beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstək proqramları çərçivəsində ayrılan pərakəndə depozitlər və vəsait hesabına maliyyələşdiriləcək.
“Biznesin yeni istiqamətlərinin inkişafı və bankın müştəri bazasının stabil olması nəzarət edən səhmdar və onun nüfuzundan, həmçinin həmin şəxsin banka kapital qoyuluşu qabiliyyətindən asılıdır. Bank 2021-ci ilin birinci yarısında xərclərin optimallaşdırılmasına dair tədbirlər artıq həyata keçirib və 2021-ci ildə kiçik məınfəət əldə etməyi planlaşdırır. 2021-ci ilin ilk 5 ayı ərzində bank, mühasibat uçotunun milli standartlarlna uyğun olaraq tərtib olunan hesabatda mənfəətin müsbət rəqəmini kreditlər üzrə mümkün itkilər üçün ehtiyatlara ayırmalara qədər və xalis gəliri qeyd edib”, - məlumatda vurğulanır.
Eyni zamanda, S&P-də hesab edirlər ki, bankın kapitallaşma göstəriciləri çox zəif olaraq qalacaq. “Gözləyirik ki, 2021-2022-ci illərdə bankın kapitallaşma göstəriciləri 1,7%-2,1% səviyyəsində qalacaq. 2021-ci ilin birinci rübündə bankın səhmdarının bankı biznesini dəstəkləməyə hazırlığını nümayiş etdimək məqsədilə 5 milyon manat həcmdə kapitala 1-ci dərəcəli yatırım həyata keçirib, baxmayaraq ki, bankın məcmu kapitalı 93 milyon manat təşkil edir”, - agentliyin analitikləri hesab edirlər.
“Gözləyirik ki, bank gələcəkdə də hətta RAC əmsalının aşağı olacağı halda requlyativ tələblərə riayət edəcək. RAC əmsalı və requlyativ kapital əmsalı arasında mühüm ziddiyyət ehtiyatların daha mühüm həcmçini əks etdirir”, - agentlik qeyd edir.
S&P vurğulayır ki, bankın aktivlərinin keyfiyyəti müqayisə edilə bilən təşkilatlardakından aşağıdır, lakin agentlikdə hesab edirlər ki, problemli kreditlərin həcminin azalması davam edəcək.
“Stabil” proqnoz, agentliyin Azərbaycan iqtisadiyyatının bərpa olunan artım templərinin və bu yaxınlarda bankın qəbul olunan strategiyasının bazar mövqelərinin stabilliyinin artmasına imkan yaradcağı, kifayət qədər likvidlik göstəricilərinin qalması və gələcək 12 ay ərzində kiçik mənfəətin əldə olunması gözləntilərini əks etdirir.
O cümlədən, agentlikdə hesab edirlər ki, yaxın 12 ay ərzində bank barəsində müsbət reytinq fəaliyyəti az ehtimal olunur.
“Əgər bankın yeni strategiyasının reallaşdırılması bazar payının artması və ya son iki il ərzində qeyd olunan mənfi tendensiyalardan sonra aktivlərin keyfiyyətinin yaxşılaşmasına gətirməsə, 12 ay ərzində bank barəsində mənfi reytinq hərəkəti mümkündür. Baxmayaraq ki, bu bizim baza ssenarimizlə nəzərdə tutulmayıb, biz depozitlərin bərpa olunmuş mühüm azalması ilə meydana gələn likvidlik göstəricilərinin zəifləməsini mənfi qiymətləndirəcəyik”, - agentlikdən vurğulanır.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və aktivlərin həcminə görə Azərbaycanda bankların ikinci onluğuna daxildir. Bankın səhmdarları 4 fiziki şəxsdir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət