2020-ci ilin yekunları üzrə “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin xalis mənfəəti 2019-cu ildə $306,209 milyon dəyərində xalis zərərə qarşı $18,739 mln. təşkil edib.
Bu barədə QSC-nin 2020-ci il ərzində audit olunmuş maliyyə hesabatında deyilir.
Ötən il ərzində CQD-nin gəlirləri $861,551 mln. (artım 1,9 dəfə, satışların maya dəyəri $295,534 mln. (artım 19,5%) təşkil edib.
2020-ci ilin yekunları üzrə cəmiyyətin əməliyyat gəliri $363,738 milyon təşkil edib (artım 2,9 dəfə). Eyni zamanda, 2020-ci ildə CQD–nin maliyyə xərcləri $395,505 milyon olub (azalma 10,1%).
Nəitcədə, 2020-ci ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək mənfəəti bir il öncə $279,68 milyon səviyyəsində vergiöncəsi zərərə qarşı $21,207 mln. təşkil edib.
Hesabata əsasən, 2020-ci ilin sonuna QSC-nin aktivləri $12 mlrd. 676,671 mln. (artım 0,2%), o cümlədən qısamüddətli aktivləri $495,849 mln. (artım 50,9%), uzunmüddətli aktivləri $12 mlrd. 180,822 mln. (azalma 1,2%) təşkil edib.
2021-ci ilin əvvəlinə “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri $9 mlrd. 449,076 mln. (2019-cu ilin səviyyəsində), o cümlədən qısamüddətli öhdəlikləri $1 milyard 65,931 mln. (artım 3,3 dəfə), uzunmüddətli öhdəlikləri $8 mlrd. 383,145 mln. (azalma 8,1%) məbləğində olub.
2020-ci ilin sonuna QSC-nin kapitalı $3 mlrd. 227,595 mln.-a (artım 0,6%), həmçinin səhmdar kapitalı $2 mlrd. 415,8 mln.-a (dəyişməyib) bərabərdir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $38 milyard təşkil edir.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.* “Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət