Azərbaycanın baş naziri Əli Əsədov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Bakıda aparılan danışıqlarda ikitərəfli, siyasi-diplomatik, iqtisadi-ticarət və sosial-humanitar münasibətlərin aktual məsələlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, danışıqların yekunları üzrə ikitərəfli münasibətlərin yeni səviyyəyə çıxarılması ilə bağlı razılaşma əldə edilib. Bunun üçün tərəflər aşağıdakıları planlaşdırırlar:
- növbəti iclası Bakıda keçiriləcək Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və ticarət sahələrində əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işinin aktivləşdirilməsi.
- ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi. Tərəflər 2021-ci ilin 5 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin 67% artmasını məmnunluqla qeyd ediblər.
- Bakı-Bişkek marşrutu üzrə birbaşa aviareyslərin bərpası imkanlarına baxılması
- birgə investisiya fondunun yaradılması
- Azərbaycanın Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı təcrübəsinin ötürülməsi və Qırğızıstana müvafiq ekspert qrupunun göndərilməsi
- Bişkekdə Azərbaycan hökumətinin qrantı hesabına istirahət parkının və orta məktəbin tikintisinin başa çatdırılması
- Bakı şəhərində Qırğızıstan Ticarət Evinin təsis edilməsi
- COVID-19 əleyhinə vaksinlərin Qırğızıstana mümkün tədarükü üzrə qarşılıqlı fəaliyyət və əməkdaşlıq.
Bundan başqa, tərəflər Qırğızıstan ilə Azərbaycan arasında bütün sahələrdə fəal əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildiriblər. Kazakbayev investisiyaların cəlb edilməsi, yerli özünüidarəetmə fəaliyyətinin tənzimlənməsi, korrupsiya və cinayətkarlıqla mübarizə, dövlət idarəçiliyi və məhkəmə sistemi sahəsində islahatlarla bağlı məsələlərdə Azərbaycanın təcrübəsinin öyrənilməsinə maraq ifadə edib”, - deyə məlumatda bildirilir.
Ə.Əsədov bu ilin payızında Qırğızıstana səfər etməyə hazır olduğunu vurğulayıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət