“Azərbaycan Dəmir Yolları” (ADY) QSC yeni çeşidləmə stansiyasının mümkün yerləşmə yeri, növü və ölçüsünün seçilməsi üzrə məsləhətçi seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Layihə Fransa İnkişaf Agentliyinin (FİA) maliyyə vəsaiti hesabına həyata keçirilir.
Seçim maraq ifadəsi üsulu ilə aparılır.
Məsləhətçinin vəzifələrinə mövcud dəmiryol vaqonlarının çeşidlənməsi əməliyyatları və infrastrukturunun ehtiyaclarının qiymələndirilməsi və təhlili daxil olmaqla diaqnostikanın aparılması; ADY-nin Çeşidləmə strategiyasının hazırlanması; çeşidləmə infrastrukturu və avadanlığı üçün tələb edilən investisiyaların qoyulması üzrə təklifin hazırlanması; çeşidləmə fəaliyyətinin idarə edilməsinin yaxşılaşdırılması, hesabatlıq və qiymətləndirmə sisteminin qurulması üzrə tövsiyələrin verilməsi daxildir.
Xidmətlərlə maraqlanan məsləhətçilər sözügedən xidmətlərin göstərilməsi üçün ixtisas uyğunluqlarına malik olduğunu və təcrübəli olduğunu əsaslandıran məlumatı təqdim etməlidirlər. Oxşar təcrübənin müəyyən olunması aşağıdakı meyarlara əsaslanacaq:
- dəmir yolu qurğularının təsis edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında ən az 10 illik təcrübə;
- son 10 il ərzində yükdaşıma əməliyyatları və/ və ya çeşidləmə parkı və/ və ya digər oxşar dəmir yol qurğuları üçün texniki-iqtisadi əsaslandırma və ya təklif olunan tapşırıq üçün Texniki Tapşırıqda göstərilmiş vəzifə və funksiyaları əhatə edən digər oxşar tapşırıqlara uyğun ən azı 3 layihədə məsləhət xidməti təcrübəsi;
- coğrafi təcrübə (Şərqi Avropa və MDB ölkələrində olan təcrübəyə üstünlük veriləcək).
Maraq ifadələrini təqdim edəcək şirkətlər arasından maksimum 6 məsləhətçi şirkət qısa siyahıya alınacaq.
Maraq ifadələri 26 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq təqdim edilməlidir.
Əlaqələndirici şəxs: Seymur Qəhrəmanov, telefon: (+99412) 499 64 72; (+99412) 499 42 55.
Fransa İnkişaf Agentliyi uzunluğu 348 km olan Biləcəri-Yalama dəmir yolunun tikintisi layihəsi üçün Azərbaycana 112,5 milyon avro məbləğində kredit ayırıb. Layihənin komponentlərindən biri çeşidləmə stansiyasının tikintisidir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət