İngiltərə və Fransa 1939-1940-cı illərdə Bakının neft mədənlərinin məhv edilməsi ilə bağlı birgə plan hazırlamışdı.
Rusiyanın “İzvestiya” qəzetinin məlumatına görə, SSRİ Xarici Kəşfiyyat Xidmətinin Paris rezidenturası tərəfindən əldə edilmiş bu məlumatlar Moskvada keçirilən “Böyük Vətən müharibəsi ərəfəsində. 1 sentyabr 1939-22 iyun 1941” adlı sərgidə ilk dəfə təqdim edilib.
Kəşfiyyat məlumatlarına əsasən, 1939-cu ilin avqustunda SSRİ ilə Almaniya arasında “Bir-birlərinə hücum etməmək haqqında” müqavilə imzalandıqdan sonra İngiltərə və Fransa Üçüncü Reyxin SSRİ-dən neft tədarükü hesabına güclənəcəyindən ehtiyat edərək, Sovet İttifaqına qarşı hərbi əməliyyatlar planlaşdırmışdılar.
Xüsusilə Bakıdakı neft mədənlərinin və SSRİ-nin Qara dənizdəki limanlarının (Batumi və Tuapse) məhv edilməsi planlaşdırılırdı. SSRİ-nin neft hasilatı rayonlarına qarşı nəzərdə tutulan əməliyyat “Pike” adlanırdı.
Paris və London Yaxın Şərqdə çoxminlik qoşunlarını cəmləşdirmişdi, Fransa isə Sovet Zaqafqaziyasında təxribatlar üçün rus mühacirlərindən istifadə etmək niyyətində idi.
1939-cu ilin noyabr ayında Sovet İttifaqının xalq daxili işlər komissarı Lavrenti Beriya xalq müdafiə komissarı Kliment Voroşilova ingilis-fransız qoşunlarının Şərqə gizli göndərilməsi barədə məlumat verib. “Fransa xüsusi xidmət orqanları Azərbaycan, Gürcüstan və Ermənistanda ərazinin topoqrafiyası, yolların və relyefin vəziyyəti barədə məlumatlar toplayırdı”, - deyə Beriya 1939-cu ilin dekabr ayının ortalarında Voroşilova digər məruzəsində qeyd etmişdi.
Sərgidə təqdim edilən materiallarda qeyd olunur ki, 1940-cı ilin mart ayında İngiltərə-Fransa Ali Hərbi Şurası Zaqafqaziyaya zərbə endirilməsini planlaşdırmağı qərara alıb. Lakin bir aydan sonra Böyük Britaniyanın baş naziri Nevill Çemberlen SSRİ-nin Almaniyaya qarşı siyasi kursunu dəyişdiyini bəyan etdikdən sonra planlaşdırılan əməliyyat ləğv edildi.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət