2021-ci ilin yanvar-may aylarında Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsi 64% - $27 milyona qədər artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
Cabbarov İndoneziyanın Bakıdakı səfiri Hildi Hamidlə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
“Görüşdə qeyd olunub ki, ticarət ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindəndir. 2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 27 mln. ABŞ dolları təşkil edib”, - nazirlikdən bildirilir.
Eyni zamanda tərəflər qarşılıqlı ticarətin artırılması üçün daha geniş imkanların olduğunu qeyd ediblər.
Hamid məlumat verib ki, İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, Qarabağda ərazilərimizin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlıdırlar.
Görüş zamanı tərəflər sənaye, kənd təsərrüfatı, İKT, kiçik və orta biznes, turizm, idman sahələrində əlaqələrin inkişafı, biznes dairələri arasında qarşılıqlı əlaqələrin qurulması, biznes forum formatında Azərbaycan-İndoneziya işgüzar görüşünün keçirilməsi barədə müzakirələr aparıblar. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət