2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 92 milyon 231,4 min ton yük daşınıb ki, bu da 2020-ci ilin 6 ayının göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların azalması koronavirus pandemiyası və onun yayılmasının qarşısının alınması məqsədilə məhdudiyyətlərin saxlanılması ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 77,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin 6 ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 7 milyon 214 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,3% çoxdur.
Dəniz nəqliyyatı ilə 2 milyon 808,6 min ton (azalma 7,9%), avtomobil nəqliyyatı ilə 52 milyon 232,3 min ton (azalma 7,2%), hava nəqliyyatı ilə 227,7 min ton (artım 22,9%) müxtəlif yük daşınıb. Yanvar-iyun aylarında daxili neft kəmərləri vasitəsilə 29 milyon 748,8 min ton neft (artım 0,6%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət