Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ilin I yarısını xalis zərərlə başa vurmuş bankların maliyyə dayanıqlığına malik olduğunu qeyd edir. Bunu Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev deyib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın bank sektorunun ümumi mənfəəti 366 milyon manat təşkil edib. 22 bank 372 milyon manat məbləğində mənfəət əldə edib, 4 bankın zərəri isə ümumilikdə 6 milyon manatı ötüb.
Bütövlükdə, 6 ay ərzində Azərbaycanda bankların əməliyyat mənfəəti 502 milyon manat təşkil edib.
“Hesabat dövrünü zərərlə başa vurmuş 4 bankdan 3-nün əməliyyat gəlirləri xərcləri üstələyib, bir bankın zərəri kreditlər üzrə ehtiyatların yaradılması ilə bağlı olub. Ümumilikdə, bu dörd bank maliyyə baxımından dayanıqlıdır və onların zərərliliyi Azərbaycanın bank sistemi üçün risk yaratmır”, - deyə Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət