Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Füzuli rayonunda 1 Rusiya və 1 Azərbaycan vətəndaşı 14,5 kq narkotik vasitə ilə saxlanılıb.
“01 avqust 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağlamanı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıb”, - deyə DSX-nin məlumatında bildirilir.
Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəllüdlü Məmiyev Teymur Adil oğlu olmaları müəyyənləşdirilib.
“Onların götürdükləri bağlamalara keçirilmiş baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev
Əliyev Blinkenin köməkçisini qəbul edib
Cabbarov FAO nümayəndəsi ilə Qarabağ və Şərqi Zəngəzurda ASK-nin inkişafını müzakirə edib
“Bank Respublika” nizamnamə kapitalını 500 min manat artırıb
AZPROMO-nun rəhbəri: 2023-cü ilin yekunları üzrə Azərbaycandan şərab ixracı $8 milyon təşkil edəcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Azərbaycan prezidenti: Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər
HƏMAS İsrail hərbi əməliyyatları dayandırmayana qədər Qəzzadan girovları buraxmayacağını bəyan edir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək