Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxanlar üçün çarpayı fondunun doluluğu 50%-dən azdır. Bu barədə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı Teymur Musayev bəyan edib.
"Ölkədə koronavirusa yoluxanlar üçün çarpayı fondumuz kifayət qədərdir - 10 mindən artıqdır. Hazırda xəstə sayına görə çarpayı fondunun doluluğu 50%-ə çatmır”, - Musayev Real TV telekanalına müsahibəsində deyib.
O, həmçinin qeyd edib ki, hazırda aktiv xəstələrin sayının (40,4 min - İF) xəstəxanalardakı çarpayı fondunu ötməsinə baxmayaraq, yoluxanların əksəriyyəti evdə müalicə alır.
Bundan başqa, Musayev bildirib ki, reanimasiya şöbəsində olan COVİD-19 xəstələri və süni nəfəs aparatına qoşulanlar arasında bir nəfər belə peyvənd olunan pasiyent yoxdur.
Reanimasiya şöbəsində olan pasiyentlərin 98%-i peyvənd olunmayanlardır. Hazırda biz peyvənd olunan və reanimasiyaya yerləşdirilənlərin sayını təhlil edirik. Çünki bildiyiniz kimi, saxta kovid pasportarı ilə əlaqədar hallar qeydə alındığına görə, xoşagəlməz hallar da olur. Lakin, əminliklə deyə bilərəm ki, vaksin olunananlar arasında reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulan bir nəfər belə yoxdur", - Musayev vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, kollektiv immunitetin yaranması və virusun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan əhalisinin 60-70%-nin vaksinasiyası zəruridir.
Hazırda Azərbaycanda 2,4 milyondan çox şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət