BMT yaşıl iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində Azərbaycan hökumətinin təşəbbüslərinə dəstək vermək niyyətindədir. Bu barədə BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva bəyan edib.
Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilən Andreyeva bildirib ki, 2021-ci il martın 1-də BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni Çərçivə sənədi imzalanıb.
“Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq. Əslində, biz inklüziv artıma dəstək vermək və gənclərlə iş aparmağı arzulayırıq ki, onların əmək bazarlarına aid bacarıqları formalaşsın”, - Andreyeva qeyd edib.
Onun sözlərinə görə, həmçinin BMT daha yaşıl iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərinə dəstək vermək istərdi.
O cümlədən, Andreyeva ümid edir ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat “Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olunmasında, əmin-amanlığa və əməkdaşlığa aparan yeni eraya təkan olacaq”.
Həmçinin, BMT-nin rezident əlaqələndiricisi Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusuna toxunub.
«Biz əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə dərhal 1 milyon dollar topladıq. Biz minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcəyik, çünki anlayırıq ki, bu, prioritetdir. Eyni zamanda, BMT Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar ilə fond yaradaraq, əlaqələndirmə işini aparır ki, ANAMA üçün təlimlər davam etsin və minaların təmizlənməsi prosesi ən yüksək standartlara uyğun aparılsın”, - Andreyeva deyib.
O, məcburi köçkünlərin Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiq qaldıqlarını bildirib. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət