Azərbaycan və Türkmənistan arasında yekun razılaşma əldə olunduqdan 3-5 il sonra Xəzər dənizində "Dostluq" neft yatağında karbohidrogen xammalın hasilatına başlanıla bilər. Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bəyan edib.
“Hesab edirəm ki, tərəflər arasında (Azərbaycan və Türkmənistan) yekun razılaşma əldə olunduqdan üç-beş il sonra bu yataqdan hasilata başlanıla bilər”, - Bəylərbəyov Independent Commodity Intelligence Services şirkətinə müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O əlavə edib ki, müxtəlif mənbələrin məlumatlarına əsasən, yataqda ən azı 30 milyard kubmetr qaz, həmçinin neftin kommersiya ehtiyatları var, hansı ki, Azərbaycan və Türkmənistan tərəfindən birgə mənimsənilə bilər.
“Eüyni zamanda, Abşeron, Ümid-Babək, Qarabağ, Şəfəq-Asiman və s. yataqlar da müxtəlif işlənilmə mərhələsindədirlər. Biz gözlənilən bazar tələbatına əsasən həmin yataqlar üzrə planlar tərtib edirik. Bu qaz yataqlarında 1 trilyon kubmetr qaz ehtiyatının olduğu hesab olunur”, - Bəylərbəyov deyib.
Həmçinin, SOCAR-ın nümayəndəsi məlumat verib ki, yatağın cənub-şərq cinahının istismara verilməsi ilə əlaqədar Mərhələ-2 çərçivəsində Şahdəniz yatağından hasilat ümumilikdə gündəlik 68 milyon kubmetrədək artacaq.
Xəbər verildiyi kimi, 2021-ci il yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.
Fevralın 22-də Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib. Türkmənistan parlamenti bu sənədi cari ilin mart ayında ratifikasiya edib.
Mütəxəssislərin rəyinə əsasən, “Dostluq” yatağının ehtiyatları 50 milyon ton həcmində qiymətləndirilir. Uzun illər ərzində bu obyekt mübahisə olub, tərəflərin hər biri yatağı özününkü hesab edib.
O cümlədən, Rusiyanın “LUKOYL” neft şirkətinin prezidenti Vaqit Ələkbərov bəyan edib ki, şirklət bu layihədə iştirak etmək niyyətindədir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət