Azərbaycan prezidenti İlham Əliyev tələb edib ki, xarici dövlətlər Bakının yürütdüyü xarici və daxili siyasətə müdaxilə etməsinlər
“Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Hər kəs bunu bilir, biz ilk il deyil ki, müstəqil siyasət yürüdürük. Biz qonşu dövlətlərlə və digər ölkələrlə müstəqil siyasət vasitəsilə münasibətlər qururuq. Heç kəs bizim daxili işlərimizə müdaxilə etməsin”, - Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, hər bir ölkənin digər ölkə ilə münasibətlər qurmaq hüququ var. “Nəticədə, biz Ermənistanla yaxın dostluq münasibətləri olan ölkələrə narazılığımızı bildirmirik. Baxın, Ermənistanın nə qədər havadarları var, İkinci Qarabağ müharibəsi bunu göstərdi.Görün, bu gün neçə ölkə Ermənistanı dəstəkləyir. Demək, biz həmin ölkələrlə düşmənik? Xeyr. Biz həmin ölkələrin suveren hüququnu tanıyırıq. Bu onların suveren işidir. Bəli, bu bizi haradasa narahat edə bilər, bizə xələl gətirə bilər, misal üçün, qonşu ölkələr Ermənistanla xüsusilə fəal münasibətdə olarkən. Lakin biz bu barədə heç vaxt danışmırıq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmət edirik və tələb edirik ki, hər kəs bizim suveren hüquqlarımıza hörmət etsin və daxili işlərimizə müdaxilə etməsin”, - prezident vurğulayıb.
Əliyev xatırladıb ki, əvvəllər də Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri olub, lakin “onların hamısı müvəffəqiyyətsizliyə uğrayıb”.
Prezident vurğulayıb ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi Azərbaycana İranla sərhəddə 130 km uzunluqda ərazini öz nəzarəti altına almağa imkan verib. “130 km Ermənistanı işğalı altında olub. Onlar (İranda - İF) həmin dövrdə burada baş verən prosesləri öyrənməlidirlər. Biz indi bu nmünasibətlərin neçə olduğunu aydınlaşdırırıq. Və ya Azərbaycanı hansısa ölkəni Azərbaycana gətirməkdə ittiham etmək. Guya Azərbaycana Azərbaycan xalqı, Azərbaycan dövləti deyil, hansısa xarici güc rəhbərlik edir. Bu bizə qarşı hörmətsizlikdir. Biz heç vaxt bununla razılaşmayacağq. Bunu hər kəs bilsin. Azərbaycan daxili və siyasi işlərini bizə lazım olduğu kimi planlaşdırmağa davam edəcək. Heç kəs bizim işimizə müdaxilə etməsin”, - Azərbaycan lideri bəyan edib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət