Azərbaycan və Slovakiya hökumətləri müxtəlif sahələri əhatə edən 10 birgə sənədi imzalanmağa hazırlayır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Biz yaxın zamanlarda sözügedən saziş və razılaşmaların imzalanacağını gözləyirik və ölkələrimiz arasında müqavilə-hüquqi baza yeni səviyyəyə çıxacaq. Eyni zamanda, tərəflər iqtisadi əməkdaşlıq haqqında saziş imzalamağı da planlaşdırırlar”, - deyə Bayramov bu gün Bakıda slovakiyalı həmkarı İvan Korçakla keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycan XİN başçısı, həmçinin Korçakın başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində Bakıda Azərbaycan və Slovakiya iş adamları arasında biznes-forumun keçiriləcəyini bildirib.
Bayramov əlavə edib ki, ANAMA və Slovakiya tərəfi arasında əldə edilmiş razılaşmaya əsasən, minatəmizləmə maşınlarının ilk partiyası yaxın zamanda Azərbaycana gətiriləcək. Ümumilikdə 7 minatəmizləmə maşınının gətirilməsi planlaşdırılır.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət